“Azərbaycan vətəndaşının vizasız gedə biləcəyi ölkələrin sayı artıq 20-ni ötüb. Burada ümumvətəndaş pasportundan söhbət gedir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Səməd Seyidov bildirib.
“180 günün 90 günü çərçivəsində Azərbaycan vətəndaşı vizasız İordaniyada tam sərbəst qala bilir. Bu, böyük nailiyyətdir”, - deyə komitə sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər