“Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür.
“25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək.
Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib”, - deyə məlumatda qeyd edilib.



Son xəbərlər
Son Xəbərlər