Bosniya və Herseqovinadan olan inşaatçı həyatını vikinq kimi yaşayır. Qoca at minir və suvenir vikinq baltaları istehsal edir. Əlində döyüş baltası ilə kənd yerlərində at belində gəzir. Həyatını vikinq döyüşçüsü kimi yaşayır.
“Qafqazinfo” xəbər verir ki, bu görüntülər orta əsr Norveçindən deyil, 21-ci əsr Bosniya və Herseqovinasındandır.
Vikinq mədəniyyətinə heyran olan bosniyalı inşaatçı Stip Pleyk, Almaniyadakı həyatını tərk edərək, 7 il əvvəl kəndinə qayıdıb. Pleyk skandinaviyalı kimi yaşamaq qərarına gəlib. O, vikinq tipli baltalar və alətlər istehsal etməklə dolanışığını təmin edir.
Qeyd edək ki, vikinqlər 8-11-ci əsrlər arasında Avropaya yayılmış, basqınlar, talanlar və ticarətlə məşğul olan Skandinaviya mənşəli bir xalq idi.
Son xəbərlər
Son Xəbərlər