Vinisius olmadı, hədəf türk ulduzdur

vinisius-olmadi-hedef-turk-ulduzdur
Oxunma sayı: 780

Londonun “Arsenal” klubu hücum xəttini gücləndirmək üçün yeni variantlar axtarışını davam etdirir və “Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldızla yaxından maraqlanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “La Stampa” nəşri yayıb.

Məlumata görə, Türkiyə millisinin gənc futbolçusu “Real Madrid”in hücumçusu Vinisius Juniorun transferi variantı birdəfəlik gündəlikdən düşdükdən sonra London klubunun əsas hədəfinə çevrilib. Braziliyalı ulduzun “Kral klubu” ilə müqaviləni uzatması “topçular”ı hücum xəttinə başqa bir yüksəksəviyyəli oyunçu axtarmağa vadar edib.

Əsas namizədlərdən biri son mövsümlərdə böyük irəliləyiş əldə edərək “Yuventus”un əsas fiqurlarından birinə çevrilən 21 yaşlı Kenan Yıldızdır. Lakin Turin təmsilçisi gənc istedadı ilə asanlıqla vidalaşmaq niyyətində deyil.

Qeyd olunur ki, “Yuventus”un ən azı konkret danışıqlara başlaması üçün “Arsenal” 100 milyon avrodan hətta daha yüksək məbləğ təklif etməli olacaq.