Volkan Üst “CBC Sport”dan göndərilir?

volkan-ust-cbc-sportdan-gonderilir
Oxunma sayı: 2348

“CBC Sport” kanalının rəhbəri Volkan Üstün istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb. 

“Qafqazinfo” Xəbər verir ki, bu barədə futbolinfo.az məlumat yayıb. Bildirilir ki, buna səbəb kanalın strategiyasının dəyişməsidir.

Yeni təyinatın martda olacağı bildirilir. Volkan Üstlə yanaşı digər rəhbər şəxslərin də kanaldan ayrılacağı gözlənilir. 

Məlumatla bağlı V.Üstlə əlaqə saxladıq. O “Qafqazinfo”ya açıqlamasında belə bir planın olmadığını deyib: “Rəhbərlikdən gələn hər hansı göstəriş də olmayıb”.

Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.