Vüqar Məmmədovu DTX saxlayıb - Yenilənib

vuqar-memmedovu-dtx-saxlayib
Oxunma sayı: 16793

Hüquq-mühafizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

***

V.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.