Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.
Qeyd edək ki, vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.
Son xəbərlər
Son Xəbərlər