Xakerlər “Spotify”dan 86 milyon mahnı oğurlayıb

xakerler-spotifydan-86-milyon-mahni-ogurlayib
Oxunma sayı: 229

Xakerlər qrupu “Spotify” musiqi xidmətindən genişmiqyaslı məlumat oğurluğu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Billboard” məlumat yayıb.

“Anna's Archive” saytındakı hesabata görə, icazəsiz giriş nəticəsində təxminən 300 terabayt (TB) olan 256 milyon trek və 86 milyon audio faylın metaməlumatları kopyalanıb.

Hazırda musiqilərin özləri deyil, yalnız metadata ictimaiyyətə açıqdır.

Mütəxəssislər qeyd edirlər ki, sızma sektor üçün ciddi nəticələrə səbəb ola bilər.