Xalq artistinin bacısı ilə baldızı koronavirusdan vəfat edib

xalq-artistinin-bacisi-ile-baldizi-koronavirusdan-vefat-edib
Oxunma sayı: 3893

Xalq artisti Səməd Səmədov ailə üzvlərinin koronavirusdan vəfat etdiyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, müğənni bu barədə “MTV Xəbər”ə danışarkən bildirib. 

Sənətçi bacısı ilə baldızını koronavirusdan itirdiyini deyib. Həmçinin pandemiyadan əziyyət çəkdiyini sözlərinə əlavə edib:

“Həyat yoldaşımla ancaq bağda qaldıq. İndi bir az dirçəlmişik. Pandemiyada vəziyyət elə gərgin oldu ki, yeni aldığım “Toyota” markalı maşınımı satıb ondan daha ucuz avtomobil aldım. Dolanmaq mümkün deyildi”.