“Xalq Bank” nağd pul kreditinin şərtlərini yenilədi

xalq-bank-nagd-pul-kreditinin-sertlerini-yeniledi
Oxunma sayı: 263

“Xalq Bank” yeni kampaniya ilə müştərilərə sərfəli kredit şərtlərindən yararlanmaq imkanı təqdim edir.

30 dekabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində müştərilər daha əlverişli şərtlərlə nağd pul krediti əldə edə bilərlər.

Müraciətçi sonuncu iş yerində 6 ay, ümumi ən azı 12 aylıq iş stajına malik olmalıdır.

Ətraflı şərtlərlə buradakı səhifədə tanış olmaq mümkündür.

Kredit sifarişi üçün link vasitəsilə onlayn sifariş yerləşdirmək və ya “Xalq Bank” filiallarına müraciət etmək olar.

Bankın cari müştəriləri isə sifarişi “XalqOnline” mobil tətbiq üzərindən yerləşdirə bilərlər.

“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.