“Xalq Bank”dan yeni “XalqKart” taksit kartları

xalq-bankdan-yeni-xalqkart-taksit-kartlari
Oxunma sayı: 326

“Xalq Bank” müştərilərin gündəlik xərclərini daha rahat idarə etməsinə imkan verən yeni “XalqKart” taksit kartını təqdim edib.

Yeni kart müştərilərə partnyor mağazalarda etdikləri alış-verişləri faizsiz 24 ayadək hissə-hissə ödəmək, həmçinin birdəfəlik alış-verişlər üzrə 72 günədək güzəşt müddətindən yararlanmaq imkanı verir. Bundan əlavə, kart sahibləri kredit limitinin 100%-dək hissəsini nağdlaşdıra bilərlər.

“XalqKart” taksit iki növdə təqdim olunur: “XalqKart Cashback Taksit” və “XalqKart petrol taksit”. “XalqKart Cashback Taksit” sahibləri birdəfəlik alış-verişlər üzrə 2% keşbek, “XalqKart Petrol Taksit” sahibləri isə 3% Oil bonusu qazanırlar.

“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.