“İranın yeni Ali Lideri Müctəba Xameneinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İranın yeni Ali Lideri Rusiyada “hətta bir neçə saat belə” olmayıb.
Qeyd edək ki, ötən ayın ortalarında Küveytin “AJ Jarida” nəşri Müctəba Xameneinin yaralandıqdan sonra Rusiyaya aparıldığı və Moskvada yerləşən özəl xəstəxanada müalicə aldığı barədə xəbər yaymışdı.
Son xəbərlər
Son Xəbərlər