Xankəndi şəhərində “Azera Holdinq”ə daxil olan kənd təsərrüfatı şirkətlərinin ənənəvi məhsul mayramı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Azera Holdinq”in struktur heyəti, biznes vahidlərinin rəhbərləri, əməkdaşları və tanınmış incəsənət xadimləri iştirak ediblər.
Məhsul bayramında əvvəlcə holdinqə daxil olan kənd təsərrüfatı şirkətlərinin fəaliyyətini, əldə etdikləri nəticələri, həmçinin builki biçim proseslərini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra “Azera Holdinq”in direktoru Akif Əliyev çıxış edərək, tədbir iştirakçılarını məhsul bayramı münasibətilə təbrik edib.
Bildirib ki, mövsüm boyu “Kraun-Ko R” şirkətinin regionlarda yerləşən taxıl sahələrində, “Agro Lid” şirkətinin işğaldan azad edilmiş ərazilərdə salınan intensiv meyvə bağlarında yüksək nəticələr göstərilib: “Məhsul bayramı da məhz torpağa olan sevginin, böyük zəhmətin və əməyə göstərilən diqqət və qayğının ifadəsidir”.
Çıxış edən digər qonaqlar da “Azera Holdinq”in ölkəmizdə kənd təsərrüfatının inkişafına, ərazilərin sosial-iqtisadi dirçəlişinə verdiyi mühüm töhfələrdən söz açıblar.
Məhsul bayramında “Kraun Ko-R” və “Agro Lid” şirkətlərinin yerli istehsal olan müxtəlif taxıl məhsulları və meyvə-tərəvəzlərdən ibarət kiçik sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində holdinqin və şirkətlərin məhsul mövsümündə fəal iştirakı ilə fərqlənən əməkdaşları təltif olunublar. Tədbir konsert proqramı ilə davam edib.





Son xəbərlər
Son Xəbərlər