Xankəndidə “Niva” hərəkətdə olarkən yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xankəndi-Şuşa avtomobil yolunda baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Yasin Əliyevə məxsus “Niva” markalı “17-BF-259” dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən anidən alovlanıb. Qısa müddətdə avtomobili bürüyən alov nəticəsində nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xankəndi şəhər yanğınsöndürmə bölməsinin əməkdaşları yanğını söndürüblər.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər