Xəstə olması ilə bağlı yayılan xəbərlərə belə reaksiya verdi - Video

xeste-olmasi-ile-bagli-yayilan-xeberlere-bele-reaksiya-verdi
Oxunma sayı: 2479

Çeçenistan rəhbəri Ramzan Kadırov xəstə olması ilə bağlı məlumatları şayiələr adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Çeçenistan liderinin teleqram kanalında video yayımlanıb.

“Hər gün Uca Yaradan tərəfindən ölçülən əvəzsiz bir hədiyyədir. Bizim vaxtımız əvvəlcədən müəyyən edilib, boş söz-söhbətlər yaymadan və nifaq səpmədən onu şüurlu yaşamalıyıq”, - Kadırov bildirib.

Qeyd edək ki, bundan əvvəl Kadırovun Yeni il bayramından sonra ictimaiyyətin gözündən itməsi və rəsmi tədbirlərdə görünməməsi barədə məlumatlar yayılmışdı.