“Xəstəxanada avadanlıq işləmirsə, mütəxəssis yoxdursa, çıxış yolları tapılmalıdır”

xestexanada-avadanliq-islemirse-mutexessis-yoxdursa-cixis-yollari-tapilmalidir
Oxunma sayı: 429

“Xəstələrin müqaviləli özəl tibb müəssisələrinə göndəriş alması və həkim seçimi ilə bağlı çətinliklər də diqqət tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib. 

“Qaydalara görə, sığorta çərçivəsində tələb olunan xidməti dövlət tibb müəssisəsində göstərmək mümkün olmadıqda özəl xəstəxanaya göndəriş verilə bilər. Lakin müraciətlərdə növbələrdən, göndərişin gecikməsindən və təkrar müayinələrdən şikayət olunur. Əlbəttə, bütün xidmətlərin məhdudiyyətsiz maliyyələşdirilməsi qeyri-mümkündür. Bununla belə, dövlət müəssisəsində avadanlıq işləmirsə, mütəxəssis yoxdursa və ya gözləmə xəstənin sağlamlığına risk yaradırsa, o zaman müəyyən çıxış yolları tapılmalıdır. İmtina və gecikmənin səbəblərinin də xəstələrə bildirilməsi vacibdir”, - komitə sədri əlavə edib.

Nuranə Daxilqızı