ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra vəziyyəti ağırlaşdığına görə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat yayıb.
“Yanvarın 1-də axşam müdafiə naziri III Lloyd C. Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib. Ostin sağalır və şənbə günü vəzifələrini icra etməsi gözlənilir” – məlumatda bildirilib.
Qeyd edək ki, bazar ertəsindən bəri xəstəxanaya yerləşdirilən Ostin barəsində Pentaqonun günlər sonra açıqlama verməsi, onun niyə müalicə olunduğunu və ya xəstəxanada qalmasının səbəbinin bütün həftə gizli saxlanılması ciddi müzakirələrə səbəb olub.