“Çini Xəzər dənizi vasitəsilə və daha sonra Avropa bazarları ilə birləşdirən genişmiqyaslı avtomobil yolu layihəsinin həyata keçirilməsinə başlanılır. Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun tranzit rolunun artırılmasına töhfə verəcək. Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Nəqliyyat infrastrukturumuz onun uğurunu əyani şəkildə nümayiş etdirir. Bu, bizim tez-tez Orta Dəhliz adlandırdığımız marşrutdur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
“Rusiya ilə əməkdaşlıq çərçivəsində “Şimal-Cənub” marşrutu Qazaxıstan üçün xüsusilə aktualdır. Dünya Bankının hesablamalarına görə, əgər bütün qurulmuş infrastruktur layihələri həyata keçirilərsə, Xəzər dənizi vasitəsilə yükdaşımaları 2040-cı ilə qədər dörd dəfə arta bilər.
Hesab edirəm ki, Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna, mövcud potensialı genişləndirə və bütün ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edə bilər”, - Kasım-Jomart Tokayev bildirib.
Son xəbərlər
Son Xəbərlər