“Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxdı

xilasedici-komandasi-cev-cempionlar-liqasinin-ii-tesnifat-merhelesinin-cavab-oyununa-cixdi
Oxunma sayı: 248

Təmsilçimizin Portuqaliyada yerli “Sportinq” klubu ilə gərgin keçən qarşılaşması “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıda keçirilmiş ilk oyunda rəqib eyni hesabla qalib gəldiyindən mərhələnin taleyi qızıl setdə həll olunub.

Həlledici setdə də inamlı oyun nümayiş etdirən “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.