Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib.
“İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.
Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.
Bu çətin zamanda İndoneziya xalqının yanındayıq”, – paylaşımda qeyd olunub.
We are deeply saddened by the news of the devastating earthquake in Indonesia, which resulted in loss of life and injuries.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) August 15, 2026
We extend deepest condolences to the families and loved ones of those who lost their lives and wish a speedy recovery to the injured.
Our thoughts are…
Son xəbərlər
Son Xəbərlər