XİN İspaniyaya başsağlığı verdi

xin-ispaniyaya-bassagligi-verdi
Oxunma sayı: 288

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi dəmir yolu qəzası ilə bağlı başsağlığı bəyanatı yayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib:

“İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq”. 

Xatırladaq ki, İspaniyanın Toledo əyalətində iki sürət qatarının toqquşması nəticəsində ən azı 64 nəfər həlak olub, 179-dan çox insan yaralanıb.