Xırdalanda 1 yaşlı körpə öldü - Yenilənib

xirdalanda-1-yasli-korpe-oldu
Oxunma sayı: 738

Xırdalanda 1 yaşlı körpə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyindəki 42 saylı binada qeydə alınıb.

2025-ci il təvəllüdlü Arif Osmanzadənin inkişafdan qaldığı üçün öldüyü bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”.