Xırdalan şəhərində kişi bıçaqlanaraq öldürülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bıçaqlanma hadisəsi şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
R.Abdullayevə xəsarət yetirməkdə onun həmyerlisi Ceyhun adlı şəxs şübhəli bilinir.
Hadisəyə bir müddət əvvəl onların arasında yaranmış mübahisənin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər