Baş Prokurorluq Xırdalandakı partlayışla bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
“Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, - məlumatda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər