Xırdalanda obyektdə güclü yanğın oldu - Video

xirdalanda-obyektde-guclu-yangin-oldu
Oxunma sayı: 1586

Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir-birinə bitişik yerləşən ümumi sahəsi 800 kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 240 kv.m. olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m. sahədə və ümumi sahəsi 72 kv.m. olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub.