Xırdalanda yaşayış binasında yanğın - Yenilənib

xirdalanda-yasayis-binasinda-yangin
Oxunma sayı: 818

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı son məlumata görə, Xırdalandakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub.

Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.