Xızıda monitorinq keçirildi, sahibkarların təklifləri müzakirə olundu - Fotolar

xizida-monitorinq-kecirildi-sahibkarlarin-teklifleri-muzakire-olundu
Oxunma sayı: 479

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xızı rayonunda həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə bağlı sentyabrın 17-si monitorinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, monitorinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, Xızı Rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov və bu məqsədlə yaradılmış rayon qərargahının üzvləri o cümlədən, aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanov Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində Xızı rayonu üzrə görülən işlər və qarşıda duran məqsədlər barədə ətraflı məlumat verib.

Monitorinq çərçivəsində rayon ərazisində kənd təsərrüfatı sahələrində həyata keçirilən təşəbbüslərlə yerində tanışlıq məqsədilə bir sıra təsərrüfatlara baxış keçirilib.

“Giləzi Quşçuluq” MMC-də yumurta və quş əti istehsalının həcminin artırılması üçün yeni fermaların tikilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Monitorinq zamanı təsərrüfatlarda görülən işlərin mövcud vəziyyəti, nəzərdə tutulan tədbirlərin icrası, qarşıya çıxan məsələlər və sahibkarların təklifləri müzakirə olunub.

Keçirilən monitorinq Dövlət Proqramı çərçivəsində Xızı rayonunda kənd təsərrüfatı sahəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin yerində öyrənilməsinə və qarşıda duran məsələlərin müəyyənləşdirilməsinə xidmət edib.

Aparılan təbliğat-təşfiqat işləri nəticəsində Xızı rayonunda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xızı rayonunda daha bir təşəbbüs irəli sürülüb və icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.