Xocalıda 53 yaşlı kişini cərəyan vurub öldürdü

xocalida-53-yasli-kisini-cereyan-vurub-oldurdu
Oxunma sayı: 763

Xocalıda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, Ağdam rayon sakini 1973-cü il təvəllüdlü Əliyev Nüşirəvan Əvəz oğlu Xocalı rayon ərazisində təmir bərpa işi görən zaman elektrik cərəyanı vurub.

Baş verən hadisə zamanı N.Əliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı