Xocavənddə yük avtomobili minaya düşdü - 2 nəfər həlak oldu

xocavendde-yuk-avtomobili-minaya-dusdu
Oxunma sayı: 7119

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Howo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.

Araşdırma aparılır.