Xoşbəxt Yusifzadə vəfat etdi

xosbext-yusifzade-vefat-etdi
Oxunma sayı: 18069

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, geoloq 93 yaşında vəfat edib. 

Qeyd edək ki, Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə anadan olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirib. 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru  dərəcəsinə yiyələnib. X.Yusifzadə 1992 – 1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.