Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur.
“Qafqazinfo”nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsinin yoxlanılması tövsiyə edilir. Çünki qanazlığı zamanı yaddaş və diqqət problemləri daha qabarıq şəkildə özünü göstərə bilər.
Əgər qanazlığı aşkarlanarsa, 10 ədəd limonun şirəsi ilə nazik doğranmış 1 kiloqram çuğundur 1 kiloqram balın içində qarışdırılır. Qarışıq 1 həftə soyuducuda saxlanıldıqdan sonra süzülür və gündə 3 dəfə, yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir.
Hər gün 2 stəkan kök şirəsi içmək yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir.
Baş nahiyəsindən qan alınması diqqət zəifliyi və yaddaş problemlərinə qarşı faydalı hesab olunur. Bu üsul eyni zamanda baş ağrılarını azaldır, görmə qabiliyyətini yaxşılaşdırır və əzbərləmə gücünü artırır.
Gündə iki dəfə 1 xörək qaşığı balı 1 stəkan suda həll edib şərbət kimi içmək də xeyirli sayılır.
1 qram zəfəran 4 hissəyə bölünür. Hissələrdən biri yarım stəkan isti suya qatılıb 12 saat saxlanılır. Daha sonra stəkan süd ilə tamamlanır. Səhər acqarına içilir, yarım saat sonra isə zəfəran yeyilir.
Hərəsindən 40 qram olmaqla zəncəfil tozu, qinko biloba yarpağı tozu, çiçək tozu, yapon saforası çiçəyi tozu və jenşen kökü tozu 1 kiloqram bal ilə qarışdırılır. Böyüklər bu qarışımdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar isə yarım çay qaşığı istifadə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər