Yağış, leysan, dolu... - Xəbərdarlıq

yagis-leysan-dolu
Oxunma sayı: 11852

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.