Bakıda yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 20-si Sabunçu rayonu ərazisində baş verib.
1986-cı il təvəllüdlü Abdulla Dadaşov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Tibbi yardıma baxmayaraq, o, sentyabrın 21-i vəfat edib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər