“Biz əfsanəvi stadionda meydana çıxacağıq. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Monteneqrolu futbolçu Çempionlar Liqasının əsas mərhələsinin son turunda “Liverpul”a qarşı keçirəcəkləri oyundan danışıb:
“Çox sevinirik ki, bu gün burdayıq. Sabah yaxşı oyun göstərməyə çalışacağıq. Əlbəttə ki, rəqibə hörmət edirik, amma biz yaxşı oyunla nəticə əldə etməyə çalışacağıq”.
Yankoviç rəqibə qarşı hansı taktika ilə oynayacaqları barədə suala cavab verib:
“Sabah oyundan qabaq bu barədə danışacağıq. Məşqçilər heyəti bu barədə tapşırıqlarını verəcək”.
Son xəbərlər
Son Xəbərlər