“Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, qurultay növbədənkənar xarakter daşımır və ənənəvi olaraq hər beş ildən bir təşkil olunur: “Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, partiyanın beş il ərzində keçdiyi yol nəzərdən keçiriləcək və bir sıra məsələlər müzakirə olunacaq. Həmçinin nizamnamədən irəli gələn məsələlərə də baxılacaq”.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər