YAP-ın təşkilat sədrinin sürücüsü intihara cəhd edib? - Açıqlama

yap-in-teskilat-sedrinin-surucusu-intihara-cehd-edib
Oxunma sayı: 9276

Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin  sürücüsü Elman Abdullayevin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə onun sirkə turşusu içərək özünü öldürmək istədiyi bildirilib.

E.Abdullayevin qayınatası Qənbər Kərimov isə saytımıza açıqlamasında kürəkəninin intihara cəhd etməsinin yalan olduğunu deyib.

“Ot yığarkən qəfil halı pisləşib, yerə yıxılıb. Hələ ki, səbəb nədir bilinmir. Hazırda Bakıdakı Kiliniki Tibbi Mərkəzdə reanimasiyadadır”.

Məsələ ilə bağlı araşdırma aparılır.

Sail Ağasəlim