Yaponiyada güclü zəlzələ oldu

yaponiyada-guclu-zelzele-oldu
Oxunma sayı: 2663

Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazino” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə olub. Zəlzələ 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.