Yaponiyada güclü zəlzələdən sonra sunami təhlükəsi elan edildi

yaponiyada-guclu-zelzeleden-sonra-sunami-tehlukesi-elan-edildi
Oxunma sayı: 3616

Yaponiyanın mərkəzi hissəsində bir neçə güclü zəlzələ baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 7,4 maqnitudaya qədər olan zəlzələ İsikava və Niiqata prefekturalarında qeydə alınıb. 

Yeraltı təkanlardan sonra sunami təhlükəsiz elan edilib. Bildirilir ki, dalğaların hündürlüyü 5 metrə çata bilər. Yerli sakinlərin dərhal sahil zonasını tərk etmələrinə dair çağırış edilib. 

Bununla yanaşı, yeni zəlzələnin ola biləcəyi istisna edilmir.

İsikavada bütün sürət qatarlarının hərəkəti dayandırılıb.