Yardımçı tikilidən 71 yaşlı kişinin meyiti tapıldı

yardimci-tikiliden-71-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 853

Zaqatalada 71 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti ailə üzvləri tərəfindən evinin həyətindəki yardımçı tikilidə aşkar olunub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Mübariz Muradov