Yardımlıda güclü külək məktəb binasının damını uçurdu - Foto+Video

yardimlida-guclu-kulek-mekteb-binasinin-damini-ucurdu
Oxunma sayı: 396

Yardımlı rayonunda müşahidə olunan güclü külək ciddi fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarından başlayan külək rayonun Peştəsər kəndində yerləşən köhnə məktəb binasının dam örtüyünü uçurub.

Eyni zamanda kənd ərazisində elektrik xətlərində də nasazlıqlar yaradıb. Bu səbəbdən Peştəsər kəndində hazırda elektrik enerjisinin verilişi dayandırılıb.

Məlumata görə, güclü külək kənddə əlavə zərərlər də törədib.

Ziya Əmirxanlı