Ağstafada yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində qeydə alınıb.
Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər