Yasamal ictimaiyyəti Anım Gününü qeyd etdi - Fotolar

yasamal-ictimaiyyeti-anim-gununu-qeyd-etdi
Oxunma sayı: 247

27 sentyabr - Anım Günü Yasamal rayon ictimaiyyəti tərəfindən geniş şəkildə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Hərbi Memorial Məzarlıqda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib, əziz xatirələri yad edilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.

Daha sonra mərasim iştirakçıları Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət edib, memorial önündə şəhidlərin əzizi xatirəsini yad ediblər.

Yasamal rayonu ictiamiyyətinin nümayəndələri 8 noyabr Zəfər Abidəsinə baş çəkərək burada şəhidlərimizin əziz xatirəsini anıblar. Saat 12.00-da ümumölkə aksiyası çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Bundan sonra isə Yasamal ictimaniyyəti Təzə Pir məscidində ehsan mərasimində bir araya gəlib.Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Bundan sonra Yasamal ictimaiyyəti Təzə Pir məscidində təşkil olunan ehsan mərasimində bir araya gəlib. Mərasimdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Çıxışlarda şəhidlərin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağı, onların əziz xatirəsinin daim ehtiramla anılacağı vurğulanıb. Tədbir iştirakçıları şəhid ailələrinə dərin hörmət və ehtiramlarını ifadə edərək, dövlətimizin şəhidlərin xatirəsini hər zaman uca tutduğunu qeyd ediblər.