Yasamalda ağacəkmə aksiyası keçirildi - Fotolar

yasamalda-agacekme-aksiyasi-kecirildi
Oxunma sayı: 269

27 sentyabr Anım Günü ərəfəsində Yasamal rayon icra hakimiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.

"Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib.

Yasamal RİH başçısı Elşad Həsənovun rəhbərliyi ilə ictimaiyyət nümayəndələrinin, qazi və şəhid ailələrinin iştirak etdiyi ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.

Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq göstərilməsi üçün məsul şəxs və qurumlar təhkim olunub.