Yatdığı yerdə qızdırıcı yandı - Tüstüdən boğuldu

yatdigi-yerde-qizdirici-yandi
Oxunma sayı: 721

Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 10 radələrində Aşağı Ləgər kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Ramik Carulla oğlu Müslümovun tək yaşadığı evin yataq otağında elektrikli qızdırıcı yanaraq əriyib.

Hadisə nəticəsində o, yatdığı yerdə kəskin qoxulu tüstüdən boğularaq ölüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.