Yavər Camalovun oğlu Türkiyədə dünyasını dəyişdi

yaver-camalovun-oglu-turkiyede-dunyasini-deyisdi
Oxunma sayı: 17407

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.
 
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
 
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək.

Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.