Yayı “qaynadan” yeni azərbaycanlı ulduz - Video - Fotolar

yayi-qaynadan-yeni-azerbaycanli-ulduz
Oxunma sayı: 6963

Bu yay yaddaqalan çoxsaylı tədbirlər baş tutdu, lakin partlayış effekti yaradan və ən gözlənilməzlərdən biri səhnəyə sirli müğənni Sevannanın gücü simvolizə edən pantera obrazında çıxması idi.

O, yayda ildırım kimi gözlənilmədən “çaxdı”.

Qısa müddət ərzində böyük iş görüldü. Ulduzların adətən illərlə getdiyi yolu o, bir neçə aya keçdi. Bakıda yeni müğənninin çıxmasını anons edən tizerdən tutmuş Rusiyanın NTV telekanalındakı efirədək.

May ayında Sevanna “Telimat SeOne” adlı mahnı və klip buraxdı. Klip özü-özlüyündə Sevannanın gələcəkdə edəcək layihələrinin təqdimat videosu idi. Klipin hər bir epizodu növbəti layihələrinin anonsudur.

Məsələn, sudakı epizod ispan dilində “TEMPO” mahnısı və iyun ayında “Sea Breeze Resort” layihəsi kimi təqdim olunan klipin anonsu idi.

Elə bu klipin finalında Sevanna festivalda iştirak edəcəyinə işarə etdi və hər kəsi “Dream Fest”ə gəlməyə çağırdı.

Həmçinin buradan izləyin

Və artıq iyul ayında “Dream Fest” beynəlxalq musiqi festivalında Sevannanın premyerası baş tutdu. İlk dəfə böyük səhnədə böyük uğurla çıxış etdi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Səhnəyə çıxmamışdan öncə festivalın narıncı xalısından keçərkən yerli və xarici jurnalistlərin reaksiyasını müəyyən etmək olardı.

Sevannanın çıxışı uğura düçardır! Düzdür, heç kim ondan müsahibə ala bilmədi, çünki onun direktoru, rejissor Ranar Musayev ifaçını narıncı xalı ətrafında və kulisdə qoruyur, heç kimi müsahibə almağa qoymurdu.

Bir sözlə, danışmayan, sirli müğənni obrazı yaradılmışdı - əgər onu tanımaq istəyirsinizsə, səhnədəki çıxışını gözləyin. Və onun təyyarəsi (səhnə dekoru-red.) səhnədə eniş edər-etməz bütün tamaşaçılar mobil telefonları əlinə aldı.

İfaçı onunla birlikdə təyyarədən düşən ekipaj üzvlərinin əhatəsində tamamilə yeni mahnı “Hello from Baku”nu oxudu.

Həmçinin buradan izləyin

Daha sonra onun “TEMPO” mahnısı ilə ikinci çıxışı oldu. Səhnədə klipdəki kimi əsl korrida, toreador döyüşü nümayiş etdirildi. Amma bu dəfə qəhrəman suya yıxıldı və publikanın heyrətinə səbəb oldu.

Xüsusi olaraq bu şou üçün Almaniyadan rəqqas Sergey Mişurenko dəvət olunmuşdu. O, dirəkdəki performansı ilə hər kəsi özünə heyran qoydu. Bax belə bir qeyri-adi şou “Dream Fest”də baş tutdu.

Sevannanın hər iki çıxışı konsertdə ən rəngrarəng və yaddaqalanlardan idi. Tamaşaçılar elə hey düşünürdü: bu gözəl kimdir, haradan gəlib? Bəziləri onun İspaniyadan gəldiyini, digərləri isə əksinə - yerli ifaçı olduğunu fəxrlə deyirdi.

Qərb KİV-in səhifələrində yeni ulduz belə parladı. Bu, 100%-lik uğur idi! Çoxu bu yerə illərlə gəlməlidir. Onda isə hər şey yüksək sürətlədir, görünür təyyarə uzağa gedir!

Və artıq avqust ayında Rusiyanın NTV telekanalında “Dream Fest”in efir versiyasının premyerası baş tutdu. Sevannanın çıxışı isə bu dəfə efirdəki debütü idi – həm də ilk dəfədən NTV-də! Eləcə də tezliklə “Zhara TV”də nümayişi gözlənilir.

Belə bir qaynar yay təşkil edən yeni ulduz hər kəsi heyran qoydu və sentyabrda Sevannanın “The Most” jurnalının yeni buraxılışında ilk müsahibəsi, nəhayət, dərc olundu.