Yəməndə son vəziyyət necədir? - Video

yemende-son-veziyyet-necedir
Oxunma sayı: 5867

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıb.

“Qafqazinfo”nun “Əl-Cəzirə”yə istinadən məlumatına görə, Yəmənin hərbi obyektlərini hədəf alan qüvvələr müxtəlif istiqamətlərdən zərbələr endirib.

Hücumlar təyyarə, gəmi və sualtı qayıqlarla həyata keçirilib.

Qeyd edək ki, əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. ABŞ Prezidenti Co Bayden bu əməliyyatın İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab olduğunu bildirib. Yəmən Xarici İşlər Nazirliyi isə hücumdan sonra açıqlama yayıb. Açıqlamada bildirilib ki, rəsmi London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumlara görə cavab verməyə hazır olmalıdır.