Yemişin bu faydalarını bilirdinizmi?

yemisin-bu-faydalarini-bilirdinizmi
Oxunma sayı: 9237

Yay fəslinin ən sevimli meyvələrindən biri də yemişdir. Yemişin tərkibindəki adenozin maddəsi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. Bu meyvə tor qişanın sağlamlığını qoruyan C vitamini ilə də zəngindir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ispaniyalı dietoloq Marta Fiqeras məlumat verib.

O bildirir ki, adenozin orqanizmdə müxtəlif prosesləri – yuxunu tənzimləməyə kömək edir, iltihab əleyhinə təsir göstərir və hüceyrələrə enerji ötürür.

“Bu məhsul həm də sinir sistemini rahatlaşdıran zəngin askorbin turşusu və B vitamini mənbəyidir. Bütün bu faydalar ürəyin daha yaxşı işləməsinə və onu qorumasına kömək edir”, - mütəxəssis qeyd edib.