Yeni generallar kimlərdir? - Birinin 36 yaşı var...

yeni-generallar-kimlerdir
Oxunma sayı: 17820

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib. Bunlar Fərid Əliyev, Namiq Bayramov və Müşfiq Məmmədovdur.

“Qafqazinfo” yeni generallarla bağlı bəzi məlumatları təqdim edir.

General-mayor Fərid Əlibaba oğlu Əliyev daha əvvəl Dövlət Gömrük Komitəsində çalışıb, 2018-ci ildə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi təyin olunub. Bu ilin yanvarında öz ərizəsi ilə DGK-dakı vəzifəsindən ayrılıb. Hazırda isə xidmətini Müdafiə Nazirliyində davam etdirir. Gənc generalın 36 yaşı var.

Fotoda Fərid Əliyev

Müşfiq Xıdır oğlu Məmmədov isə Azərbaycanın Türkiyədəki hərbi attaşesidir. Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan  general Məmmədov, həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. 

Fotoda Müşfiq Məmmədov

Digər zabitimiz Namiq Süleyman oğlu Bayramov isə “Vətən uğrunda” medalı ilə təltif edilən hərbçilərimizdəndir. Məlumata görə, o, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda Hava Hücumundan Müdafiə İdarəsində Qərargah rəisi vəzifəsini icra edib. Namiq Bayramov hazırda Hərbi Hava Qüvvələrində Hava Təlim Komandiridir. HHQ ixtisası üzrə kadrların hazırlanması işinə rəhbərlik edir.

Fotoda Namiq Bayramov