Azərbaycan Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Babayev bu gün Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Hacıbaba Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Son xəbərlər
Son Xəbərlər